Bu qurum bayram günləri də işləyəcək
14-06-2018 19:45
Baxış sayı:
9979

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar iyunun 15-dən 20-dək qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 09.00-dan axşam saat 19.00-dək davam edəcək.