Bu ərazilərdəki xristianlar təhlükədədir - Patriarx
30-07-2018 11:07
Baxış sayı:
1987

Xristianların təqib problemi yalnız Yaxın Şərqdə deyil, Afrikada da mövcuddur. Bu tip təhlükəli halların mərkəzində isə Misir dayanır.
Muxalifet.az xəbər verir ki, bu sözləri İsgəndəriyyə və bütün Afrika patriarxı II Feodor deyib.
“Bu gün xristianların həyatına təhlükə əsasən Cənubi Sudan, Liviya, Keniya və Şimali Afrika ərazilərində mövcuddur. Yaxın Şərqdəki vəziyyət də bizi çox narahat edir. İslam və ekstremist islamı bir-birindən fərqləndirmək lazımdır”, - patriarx bildirib.