Camal Qaşıqçıın 2 qızının ataları haqda təəssüratları… - DUYĞU DOLU SÖZLƏR

Baxış sayı:
7546

Jurnalist Camal Qaşıqçı-nın qızları Noha və Razan Qaşıqçı, “Vaşinqton Post” qəzeti üçün qələmə aldığı məqalədə ataları haqda təəssüratlarını bölüşüblər.
 
Noha və Razan bacıları, “Vaşinqton Post” qəzeti üçün "Biz Camal Qaşıqçı-nın qızlarıyıq: İşığı heç vaxt sönməyəcəyinə söz veririk" başlıqlı bir məqalə qələmə alıb.
Camal Qaşıqçı-nın "mürəkkəb" bir adam olduğunu qeyd edən bacılar, "O, bizim həyatımızda o böyük qəlbi ilə sevgi dolu bir ata idi" deyə qeyd ediblər.
Noha və Razan, atalarının onları uşaq ikən hər həftənin sonunda kitab mağazasına apardığını bildirib.
Kitab mağazasında gözəl vaxt keçirdiklərini qeyd edən bacılar, "Uşaq İkən atamızın bir səyyah olduğunu da bilirdik. İşinə görə hər bir yerə gedərdi, amma əllərində hədiyyələr və təsirli hekayələri ilə bizə qayıdardı" deyə yazıb.
 
Kitapa olan sevgisi ona öz fikirlərini yaratmağı öyrətdi
 
Camal Qaşıqçı-nın çıxdığı səfərin hara olursa olsun, bir gün onu yenidən görəcəklərinə güvəndiklərini bildirən bacılar, “Gənc yaşlarından etibarən atamızın işinin bizim ailəmizin çox ötəsində olduğunu və atamızın sözlərinin çox uzaqlardakı insanlar üzərində də təsiri olan mühüm bir adam olduğunu bilirdik” deyə qeyd ediblər.
Ailələrinin elmə olan sevgisi ilə böyüdüklərinə işarə edən Noha və Razan, "Atamız, ətrafını kitablarla doldurmuşdu və hamı daha çoxuna sahib olmanın xəyalını qurardı. Oxuyanda heç ayrı-seçkilik etməzdi, hər oxuduğu kitabdakı fikirləri tamamilə özünə alardı. Kitaba olan sevgisi ona öz fikirlərini yaratmağı öyrətdi. O da bizə eynisini etməyi öyrətdi" deyə bildiriblər.
İki bacı, atalarının həyatının gözlənilməz detallarla dolu olduğuna toxunaraq, "Amma hər nə olursa olsun, o nikbin, hər çətinliyi yeni bir fürsət kimi görərdi" deyib.
 
Yazmaq onu həyatda saxlayırdı
 
Atalarının praqmatik tərəfinin olduğuna da toxunan bacılar, Camal Qaşıqçını bu ifadələrlə təsvir edib:
“Onun üçün nə düşündüyünü demək, fikirlərini bölüşmək, səmimi söhbətlər aparmaq çox vacib idi. Yazmaq onun üçün sadəcə bir iş deyil, bir zərurət, şəxsiyyətinin mərkəzinə yerləşmişdi və yazmaq onu həyatda saxlayırdı. İndi atamızın sözləri onun ruhunu bizimlə tutur. Bunun üçün minnətdarıq. Onun sözləri, həyatını tam yaşamış bir adam təəssüratı yaradır".
Ötən il ramazan ayında atalarının yanına Virciniyaya getdiklərini, Qaşıqçı-nın onlara dostlarını və gəzdiyi yerləri göstərdiyini qeyd edən bacılar, jurnalistin Virciniyadakı həyatı komfortlu olmasına baxmayaraq ailəsini, evini və sevdiklərini görmək üçün can atdığını bildirib.
 
"Ölkəsi üçün ümidsiz olmadı”
 
Məqalədə, “Bütün məhkəmələri və səyahətləri boyu, ölkəsi üçün ümidini heç vaxt itirmədi. Çünki əslində, atam bir müxalif deyildi" deyə qeyd edilib.
Atalarını itməsindən sonra ailəsinin yenidən Virciniyadakı evini ziyarətə getdiyini bildirən bacılar, o evdə yaşadıqlarını bu ifadələrlə qələmə alıb:
“Bunun ən çətin hissəsi boş kreslonu görmək idi. Onun yoxluğu, kar ediciydi. Onu orada oturarkən, gözlüyünü alnına qoyub, bir şeylər yazarkən və ya oxuyarkən görərdik. Bütün əşyalarına baxdıq. Səudiyyə Ərəbistanına qayıdanda buranın özü və bütün Səudiyyə üçün daha yaxşı bir yer olması ümidi ilə qorxmadan, yorulmadan yazmağı seçdiyini bilirdik".
Yazdıqlarının bir tərif yazısı olmadığını vurğulayan bacılar, məqaləyə bu ifadələrlə son verib:
“Bu yazı onun işığının əsla sönməməsi üçün verilmiş bir sözdür, onun irsini daim qoruyacağıq. Atamız, “Bəzi getmələr, qalmaqdır” deyərək, ən doğrusunu deyib, indi bu qulağa daha məntiqli gəlir. Onun əxlaqı, elmə və həqiqətə olan hörməti və məhəbbəti ilə böyüdüyümüz üçün özümüzü xoşbəxt hiss edirik.
 Müxalifət.az