Casus keşişin TERROR İTTİFAQI

Baxış sayı:
8179

Türkiyədə FETÖ üzvlüyü və casusluqla ittiham olunan keşiş Endryu Kreyq Brunsonun ev yoldaşı, PKK/PYD-yə yardım və vasitəçilik edən Farzad Daniel çıxdı. Şanlıurfada icarəyə götürdüyü evin sahibi isə FETÖ-çu bir polis olduğu müəyyənləşib.
 
EVİN SAHİBİ FETÖ-çu POLİS
 
Hesabata görə, casus keşiş FETÖ-çularla eyni mərkəzlərdə dfələrlə görüşüb. Brunsonun, Şanlıurfada sözdə qaçqın şəhərciklərini ziyarət etdiyi dövrlər üçün icarəyə götürdüyü evin sahibi FETÖ-çu bir polisdir. Ev yoldaşı da PKK/PYD-li Farzad Daniel olduğu müəyyənləşib. Brunsonun daha əvvəl HTS qeydlərindən 306 dəfə Suruç, 192 dəfə də Şanlıurfaya getdiyi aşkar edilib. Son məhkəmə iclasına ifadələri ilə damğa vuran gizli şahid Serhat, məsələyə ilə bağlı ifadəsində, "PKK-nı dini bir təşkilat halına gətirirdilər. Amerikanın PKK/PYD-yə göndərdiyi silah yardımlarının hara qoyulacağı koordinatlarını Endryu Brunsonun briqadası təyin edirdi" deyib.
 
TERROR TƏŞKİLATLARI İLƏ ƏMƏKDAŞLIQ
 
Missionerlik fəaliyyətləri aparmaq üçün İsveçrə mərkəzli "Xristian Hərəkatının (Aktion Von Chiristen/avc) Türkiyədə filial açması rəsmi orqanlar tərəfindən rədd edilməsinə baxmayaraq, fəaliyyəti Şanlıurfada olan" Suruç Qardaşlar Kilsəsi Dərnəyi" tərəfindən aparılmağa başlandı. Pərdə arxasında fəaliyyəti Farzad Danielin idarə etdiyi müəyyən edilib. Daniel Suruç-dakı və Suriyanın Eyn Əl Ərəb bölgəsindəki bütün işlərini PYD-yə bağlı yerli hakimiyyətlərlə əməkdaşlıq içərisində apardı. Zaman- zaman PKK/PYD-nin yüksək səviyyəli rəhbərləri ilə bir araya gəlib, məlumat mübadiləsi apardığı müəyyənləşib. Daniel  2018-ci ilin fevralında deportasiya edilib.
Müxalifət.az