Çempionlar Liqasında yeni mövsümün ilk püşkü atıldı

Baxış sayı:
5167

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin püşkü atılıb.
 
Muxalifət.az xəbər verir ki, püşk mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.
ÇL-in ilkin mərhələsində UEFA-nın klub reytinqinə görə ən zəif 4 komanda iştirak edəcək. Bunlar “Santa-Koloma” (Andorra), “Linkoln” (Cəbəllütariq), “La-Fiorita” (San Marino) və “Drita”dı (Kosovo). Onlar növbəti mərhələyə yüksəlmək üçün 1 vəsiqə uğrunda mübarizə aparacaqlar.
 
Püşkün nəticəsi belə olub:
 
Çempionlar Liqası
Çempionlar yolu, ilkin mərhələ
 
“Santa Koloma” (Andorra) – “Drita” (Kosovo)
“La Fiorita” (San Marino) – “Linkoln” (Cəbəllütariq)
 
ÇL-in 1-ci və 2-ci mərhələlərinin püşkü isə iyunun 19-da atılacaq. Azərbaycanı bu turnirdə yenə ölkə çempionu "Qarabağ" təmsil edəcək.
Yeni avrokubok mövsümü isə iyunun 26-da start götürəcək. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə təsnifat mərhələlərində “böyük beşlik” klubları iştirak etməyəcək.