Daha bir ölkədən Ukraynaya hərbi yardım
7-12-2018 19:11
Baxış sayı:
7450

Litva Ukraynaya hərbi və humanitar yardım səviyyəsini yüksəldəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Litva Prezidenti Dalya Qribauskayte danışıb.
Prezidentin sözlərinə görə, Ukraynaya humanitar yardımın artırılması tədbirləri çərçivəsində əlavə olaraq 30 min avro ayrılacaq.
Xatırladaq ki, Litvanın Ukraynaya göstərdiyi humanitar yardım 2018-ci ildə 140 min avro təşkil edib. Ümumilikdə son 4 il ərzində Litva Ukraynaya 13 milyon avro yardım göstərib.