DÇ-2018-də sensasiya: Dünya çempionları mübarizəni dayandırdı
27-06-2018 20:13
Baxış sayı:
2665

Futbol üzrə dünya çempionatında F qrupuna yekun vurulub.
Muxalifet.az xəbər verir ki, çempionatda ilk sensasiya reallaşıb.
Belə ki, son dünya çempionları Almaniya Cənubi Koreya millisinə 0:2 uduzaraq qrup sonuncusu olub. İsveç isə Meksikaya 3:0 qalib gələrək qrup lideri kimi adını 1/8 finala yazdırıb. Beləliklə, İsveçlə Meksika pley-offda mübarizə aparacaq, koreyalılar və almanlarsa vətənlərinə geri dönməli olacaqlar.