Dəhşətli qəzada ölənlərin kimliyi bəlli oldu - Yeniləndi
25-08-2018 19:44
Baxış sayı:
4762

Siyəzən rayonunun Beşdam kəndində “VAZ” və “Daewoo” markalı iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.
FHN-in məlumatına görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sürücü, 1990-cı il təvəllüdlü Məhəmməd Vahid oğlu Güləliyevin, sərnişin, 1990-cı il təvəllüdlü Seymur Gülağa oğlu Güləliyevin və “Daewoo” markalı minik avtomobilində sürücü, 1991-ci il təvəllüdlü Vasif Əjdər oğlu Quliyevin və sərnişin, 1969-cu il təvəllüdlü Aidə Eldar qızı Quliyevanın sıxılmış vəziyyətdə qalmış meyitlərini nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.