DİN-dən ƏMƏLİYYAT: 30 nəfər saxlanıldı
24-08-2018 08:54
Baxış sayı:
1099

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 78 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılıb.
Bu haqda Muxalifet.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.