Direktor oğlu özündən 8 yaş böyük olan müəlliməni öldürdü - SEVGİLİ İDİLƏR...

Baxış sayı:
8425

19 yaşlı gənc 27 yaşlı sevgilisinə işgəncə verərək öldürüb.

Rusiyada baş verən bu hadisəni eşidənlər dəhşətə gəlir.

27 yaşlı ingilis dili müəllimi Anastasiya Krolenko məktəb direktorunun oğlu ilə sevgili olub. Lakin bir müddət əvvəl 19 yaşlı gənc Dmitri Ribalçenko müəllimi maşını ilə çay kənarına aparıb.

Oğlan sevgilisinin başını maşının pərcərəsinin arasına sıxışdırıb. Qatil maşını ilə cəsədin üzərindən dəfələrlə keçib. Cinayəti nəqliyyat hadisəsi kimi qələmə vermək istəyib. Cəsədi çaya atıb. Müəllimin meyiti 6 ay sonra balıqçılar tərəfindən tapılıb. Polis tərəfindən saxlanılan gənc hər şeyi etiraf edib.

Məhkəmə qatilə 11 ay həbs cəzası verdib. Yerli media öldürülən qadının 4 yaşında qızının olduğunu və bir müddət əvvəl ərindən ayrıldığını yazır. Xəbərlərə görə, o, boşanandan sonra onu öldürən oğlanla münasibətə başlayıb.

İndi Rusiya Razdolnaya çayı üzərində baş verən bu dəhşətli hadisənin şokunu yaşayır.