​Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edildi - Fərman

Baxış sayı:
8230

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib.
Muxalifet.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 21-də fərman imzalayıb.
Fərmana əsasən, Əli Məmmədtağı oğlu Hüseynəliyev Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi təyin edilib.