Dövlət öz maşınlarını 800 manata satır - SİYAHI

Baxış sayı:
8788

Bir sıra dövlət qurumlarının balanslarındakı köhnə nəqliyyat vasitələri satışa çıxarılıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən xəbərə görə, Milli Məclis Aparatının mətbəəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi və Baş Prokurorluğun balanslarındakı nəqliyyat vasitələri hərrac yolu ilə sentyabrın 25-də satılacaq. 
Hərracda ən ucuz avtomobil Milli Məclis Aparatının mətbəəsinə məxsusdur. Buraxılış ili 1995-ci il olan QAZ-31029 markalı avtomobil 800 manata satışa çıxarılıb. 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsus, buraxılış illəri 1989-cu il olan dörd ədəd KAMAZ-55111 markalı nəqliyyat vasitəsinin satış qiyməti isə hər biri üzrə 3500 manatdır. 
Hərracda Baş Prokurorluğa məxsus QAZ-31105-100 markalı avtomobil 2000, VAZ-21213 markalı avtomobil isə 1300 manata satılacaq.