Döyüş təyyarələri havada toqquşdu

ABŞ-ın dəniz piyadalarına məxsus iki hərbi təyyarənin Yaponiya açıqlarında toqquşduğu bildirilib.
Dəniz piyadaları komandanlığından bildiriblər ki, Yaponiyanın Iwakuni Dəniz Piyadaları Hava Bazasında yerləşən KC-130 tipli tanker təyyarəsi ilə F/a-18 tipli döyüş təyyarəsi təlim uçuşu zamanı toqquşub və təyyarələr düşüb.
Açıqlamada, "6 dekabrda (Yaponiya saatı) 02.00-da Yaponiyanın 200 mil açıqlarında qəzaya düşən ABŞ Dəniz Piyadaları təyyarələrinin axtarış xilas etmə işləri davam edir. Qəzada yaralanan bir personal Yapon Dəniz Müdafiə Qüvvələri tərəfindən xilas edilib" deyə qeyd olunub.
ABŞ-dan RUSİYAYA SAKİT OKEANDA JEST
Digər tərəfdən, ABŞ Donanmasının "USS Mccampbell" adlı Alreigh Burke sinfi idarə olunan raketdaşıyıcı gəmisini Yapon dənizində Rusiyanın iddia etdiyi Böyük Pyotr Körfəzinə sövq etdiyi bildirilib.
ABŞ Donanmasına açıqlamasında, gəminin Rusiyanın körfəz üzərindəki iddialarına qarşı "azad naviqasiya əməliyyatı" üçün göndərildiyi bildirilib.
Müxalifət.az