Dünyanı sarsıdan hadisə ilə bağlı Rusiyaya pis xəbər

Ukraynanın şərqində 4 il əvvəl raketlə vurulan Malayziya Hava Yollarına aid MH17 sərnişin təyyarəsində ölənlərin yaxınları, Rusiyanı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət edib.
Hollandiya mətbuatında çıxan xəbərlərə görə, Malayziya Hava Yollarına aid MH17 sərnişin təyyarəsində həyatını itirən 55 nəfərin yaxınları, Rusiyanı fundamental hüquqlarının pozulduğu, araşdırmaya mane olduğu və bu səbəblə də AİHM-ə şikayət edib.
Təyyarədə ölənlərin yaxınlarının vəkili Veeru Mewa, hadisə ilə bağlı araşdırma aparan Beynəlxalq Birgə İstintaq Qrupunun (JIT) istədiyi məlumatların Rusiya tərəfindən qərəzli şəkildə saxlandığını bildirib.
Rusiyada iddia qaldırmağın çətin olduğunu ifadə edən Mewa, bu məsələdə inamları olmadığı üçün birbaşa AİHM-ə müraciət etdiklərini söyləyib.
Şikayətlərinin məhkəmə tərəfindən qəbul edilməsinə ümid etdiklərini dilə gətirən Mewa, bütün lazımi dəlillərin əllərində olduğunu, iddia qəbul edildiyi təqdirdə prosesin 5 ilə 7 il arasında tamamlanacağını bildirib.
Qeyd edək ki, JİT, 6 ay əvvəl, 2014-də Ukraynada Malayziya Hava Yollarına aid MH17 sərnişin təyyarəsinin Rus ordusuna aid bir raketlə vurulduğunu aşkar etmiş, raketin Koersk-də yerləşən Rusiyaya məxsus 53-ci briqadadan atıldığını bildirmişdi.
Hollandiya hökuməti, 2014-də Ukraynada Malayziya Hava Yollarına aid MH17 sərnişin təyyarəsinin vurulmasından Rusiyanı məsul tutduğunu bildirmişdi.
Müxalifət.az