Egey dənizində Türklərdən Yunan hərbi gəmisinə müdaxilə
21-11-2018 13:33
Baxış sayı:
8305

Egey dənizində Yunan hərbi gəmisinin Türk su sərhədlərini pozması səbəbilə gərgin anlar yaşanıb. Yunan hərbi gəmisi Türk Sahil Təhlükəsizlik qruplarının xəbərdarlıqlarından sonra Türk su sərhədlərindən geri çəkilib.
Hadisə Kuşadası Güzelçam yaxınlığındakı Bayraq adasının qarşısında baş verib. Türk su sərhədlərinə girən bir Yunan hərbi gəmisini müəyyən edən Türk Sahil Təhlükəsizlik qrupları, əvvəl İngiliscə anons edərək Yunan hərbi gəmisini xəbərdarlıq edib. Xəbərdarlıqların nəzərə alınmadığını görən Türk Mühafizə qrupu, sürətlə Yunan gəmisinə yaxınlaşaraq Yunan hərbi gəmisini təhdid edib. Yalnız bundan sonra Yunan hərbi gəmisi gəldiyi yerə geri çəkilb.
Müxalifət.az