Erməni “gey”: Ümidimiz Paşinyanadır

Baxış sayı:
3226

“Ermənistanda LGBT hüquqlarının qorunması yoxdur, bizim ümidimiz Nikol Paşinyanadır”.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bu barədə homoseksual yazar, LGBT hüquqlarının müdafiəçisi kimi tanınan Nensi Agabiyan deyib.
Onun sözlərinə görə, Ermənistanda cəmiyyət homoseksuallara nifrət edir: “Onlar tez-tez gənclərin hücumuna məruz qalırlar. Son vaxtlar bir qədər yumşalma hiss olunur. Paşinyan uğurlu inqilab etdi və son dövrlərdə müəyyən irəliləyişlər müşahidə olunur. Bizim ümidimiz Paşinyanadır”.
Qeyd edək ki, son günlərdə Ermənistanda Nikol Paşinyanın homoseksuallara sevgisi üzərində qalmaqal davam edir.