​Erməni zabit ölü tapıldı: güllələnib...

Baxış sayı:
418

Ermənistan Silahlı Qüvvələrinin baş leytenantı Karen Ovanisyan özünü öldürüb.
Bu barədə Ermənistanın İstintaq Komitəsi informasiya yayıb.
Məlumata görə, 29 avqust 2018-ci ildə səhər 08:15 radələrində N saylı hərbi hissənin növbətçi hissəsində baş leytenant Karen Ovanisyanın cəsədi tapılıb. Baxış zamanı cəsədin baş və çənə nahiyəsində güllə yarası aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb. (axar)