Ermənilər saxta hesab açdı – Müdafiə Nazirliyindən ÇAĞIRIŞ
3-08-2020 17:57
Baxış sayı:
1623

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta Tvitter hesabı açılıb.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
“Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi Tvitter hesabı BU LİNKDƏDİR“, – məlumatda qeyd olunub.