​Ermənistanda hakimiyyət bölgüsü: Çarukyan Paşinyandan bunları istəyir

Baxış sayı:
2401

Qagik Çarukyan Nikol Paşinyanın formalaşdıracağı hökumətə öz adamlarını daxil edə bilər.
Bu barədə məlumatı "Jamanak" qəzeti yayıb.
"Çarukyan öz blokunun deputatları ilə görüşündə deyib ki, Nikol Paşinyanın hökumətinin formalaşdırılmasında yalnız onlara nüfuzlu vəzifələrin veriləcəyi zaman iştirak edəcək. Söhbət təkcə vəzifələrin sayından yox, həm də onların nüfuzundan gedir. Çarukyan məhz hansı vəzifələri istədiyini tərəfdarlarına söyləməyib", - məqalədə bildirilib.