Ermənistanın Baş prokuroru nazir olmuş deputatı həbs etmək istəyir - PARLAMENTƏ MÜRACİƏT GÖNDƏRİLDİ
3-12-2018 12:29
Baxış sayı:
4780

Ermənistanın Baş prokuroru Artur Davtyan deputat Aram Arutyunyanın həbsi haqqında vəsadətlə parlamentə müraciət edib.
Məlumatı Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti yayıb.
Bildirilib ki, Aram Arutyunyan 2015-ci il sentyabrın 11-də xüsusilə böyük məbləğdə rüşvət almaqda və çirkli pulların yuyulmasında ittiham olunur. Həmin dövrdə o, ekologoya naziri işləyib. Sünik, Geqarkunik, Lori və Kotaykda 10 əlvan metal yatağının istismar olunmasına lisenziya vermək üçün 14 milon dollar rüşvət alıb. O, rüşvət yolu ilə əldə etdiyi pulları xaricdə yuyub.
Virtualaz.org xatırladır ki, Ermənistan qanunvericiliyində həmin cinayətlərə görə maksimim 12 il azadlıqdan məhrumetmə cəzası nərərdə tutulur.