Evdən silah-sursat aşkarlandı – Gəncədə əməliyyat
20-08-2018 12:02
Baxış sayı:
3484

Gəncə şəhərində silah-sursatın aşkar edilməsi barədə əməliyyat keçirilib.
Muxalifet.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Bayramov saxlanılıb.
Pərviz Bayramovun evinə baxış zamanı 30 ədəd avtomat patronu və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.