F-35-lə bağlı ABŞ-la İngiltərə arasında münaqişə
3-12-2018 21:16
Baxış sayı:
5626

ABŞ və İngiltərə ordusu arasında F-35 təyyarələrinin qəbulu ilə bağlı münaqişə yaşana bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə "Skay Nyus" nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, İngiltərə Müdafiə Nazirliyi 138 B tipli F-35-in bir qismini daha ucuz olan A tipli modellə dəyişdirmək istəyir. Bu addım təyyarədaşıyan gəmidə təyyarələrin sayını azaldacaq. Bu isə ABŞ-la münasibətlərin pozulmasına gətirib çıxaracaq. Çünki ABŞ İngiltərə donanmasını təyyarə gəmilərini idarə edəcək tək donanma olaraq görür.