FİFA Maradona ilə əməkdaşlığa son qoydu – ŞOK SƏBƏB
1-07-2018 10:11
Baxış sayı:
2890

FİFA əfsanəvi futbolçu Dieqo Armando Maradona ilə əməkdaşlığa son qoyub.
Muxalifet.az apasport.az saytına istinadən xəbər verir ki, buna səbəb argentinalının davranışı olub.
Məsələ burasındadı ki, qrup mərhələsinin axırıncı turunda Argentinanın Nigeriya üzərində qələbə qazandığı qarşılaşmanın sonlarında Maradona afrikalı azarkeşlərə tərəf orta barmağını göstərib. Ali futbol qurumu da bu üzdən onunla əməkdaşlığa son qoyub. Üstəlik, növbəti belə halın təkrarlanması 57 yaşlı müxətəssisin tribunalara buraxılmaması ilə nəticələnə bilər.