FİFA prezidenti Trampa qırmızı vərəqə göstərdi
29-08-2018 18:05
Baxış sayı:
1021

ABŞ prezidenti Donald Tramp avqustun 28-də Ağ evdə FİFA prezidenti Canni İnfantinonu qəbul edib.
Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, görüşlə bağlı bəzi təfərrüatlar mətbuata bəlli olub. Tramp İnfantinoya "Sokker oyundur. Siz isə onu futbol adlandırırsız. Ola bilsin ki, nə vaxtsa onun adını dəyişək" deyib. İnfantino isə "biz bunu müzakirə edə bilərik" cavabını verib.
FİFA prezidenti Rusiyada uğurlu dünya çempionatı keçirdiklərini və 2026-cı ildə mundialın ABŞ-da olacağını bildirib. Tramp isə zarafatla deyib ki, həmin vaxt hakimiyyətdə olmayacaq, amma ola bilsin ki, onun səlahiyyət müddətini artırsınlar.
Görüşün sonunda İnfantino Trampa forma bağışlayıb və ona qırmızı vərəqə göstərib.