FİFA referilərimizdən böyük uğur - Avropa Liqasına təyinat aldılar
12-07-2018 14:30
Baxış sayı:
3409

FİFA referilərimiz Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb.
Muxalifət.az xəbər verir ki, Ömər Paşayev “OFK Titoqrad” – “B36 Torşavn” , Rəhim Həsənov “Zaria Balti” – “Qornik Zabrze” görüşünün baş hakimi olacaq.
19 iyul
“OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn” (Farer adaları)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev
“Zaria Balti” (Moldova) – “Qornik Zabrze” (Polşa)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Cabbarov