Final oyununa bilet FANTASTİK HƏDDƏ: 14 min 200 manat
14-06-2018 11:17
Baxış sayı:
9118

Dünya çempionatı hələ start götürməmiş, final oyununa biletlərin qiyməti fantastik həddə çatıb. Muxalifət.az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, finalı izləmək istəyənlərə indidən 500 min rubla (təxminən 14 min 200 manat) biletlər təklif olunur. Final oyunu üçün nominal qiyməti 66 min rubl olan bu biletlərin qiymətinin artmasına səbəb tələbatın böyük olmasıdır. Xatırladaq ki, çempionatın finalı iyulun 15-də Moskvanın “Lujniki” stadionunda keçiriləcək.