“Fənərbaxça”nı o çalışdıracaq - 3 İLLİK MÜQAVİLƏ

Baxış sayı:
5296

Türkiyənin “Fənərbaxça” klubunun yenin baş məşqçisi məlum olub.

İstanbul təmsilçisinə hollandiyalı Filip Koku rəhbərlik edəcək.

Yeni baş məşqçi ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, F. Koku daha əvvəl PSV klubuna rəhbərlik edib. O, 4 il ərzində PSV-ni 3 dəfə çempion edib./teleqraf/