​Əfqanıstanda partlayış: 25 ölü, 50 yaralı

Baxış sayı:
1690

Əfqanıstanın Cəlalabad bölgəsində partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 25 nəfər həlak olub.
Məlumata görə, kamikadzenin partladıcı qurğunu işə salması nəticəsində eyni zamanda 50 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Partlayışla bağlı hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.