Əfqanıstanda terror və aviazərbələr - 50 nəfər öldü
7-08-2018 12:04
Baxış sayı:
5371

Əfqanıstanın şərqindəki Loqar əyalətində ABŞ təyyarələrinin zərbələri və “Taliban” terror təşkilatının hücumları nəticəsində azı 50 nəfər həlak olub.
Muxalifet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Taliban” silahlıları gecə saatlarında bölgədə bir neçə istiqamətdən hücumlar həyata keçirib. Nəticədə çoxlu sayda dinc sakin həlak olub.
Daha 15 nəfər ABŞ Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində həyatını itirib.
“Taliban” hücumları həyata keçirdiyini təsdiq edib.