Fransa – Avstraliya: 2 - 1

DÇ-2018-in 1-ci turu çərçivəsində C qrupunda keçiriləcək Fransa – Avstraliya matçı üçün start heyətlər açıqlanıb.
FİFA-nın rəsmi saytının yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar:
Fransa: Lloris, Varan, Lyuk Hernandes, Pavar, Umtiti, Tolisso, Kant, Poqba, Dembele, Qrizmann, Mbappe
Avstraliya: Rayan, Seynsberi, Bexiç, Risdon, Milliqan, Lekki, Yedinak, Muy, Roqiç, Kruz, Nebbaut
Oyunun 1-ci hissəində qapılara qol vurulmayıb-0:0
İkinci hissədə tarixi an yaşanıb. Belə ki, Avstraliyalı müdafiəçi Risdon cərimə meydançasında fransalı hücumçu Antuan Qrizmanı yerə yıxıb.
Matçın hakimi öncə penalti təyin etməyib. Lakin daha sonra video-hakim işə müdaxilə edib.
Nəticədə Avstraliyanın qapısına penalti cərimə zərbəsi təyin olunub. Antuan Qrizman penaltini müvəffəqiyyətlə yerinə yetirib-1:0
Fransanın qolundan cəmi 2 dəqiqə sonra Avstraliya penalti zərbəsi vurmaq hüquq qazanıb. İngiltərənin Aston Villa klubunn yarımmüdafiəçisi Mile Yedinak hesabı bərabərləşdirib-1:1
Matçın 80-ci dəqiqəsində Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba komandasının 2-ci qolunu vurub-2:1
Oyun bu hesabla başa çatıb.