Fransada küçələr qarışdı: arxasında ABŞ-mı var?

Baxış sayı:
2845

Fransa prezidenti Makronun, ABŞ-a qarşı Avropa ordusu qurmaq istədiyini açıqlamasından sadəcə 10 gün sonra ölkə qarışdı.
 
Fransa ilə Amerika arasında münasibətlər son dövrdə olduqca gərgindir.
ABŞ prezidenti Donald Tramp isə Fransa prezidentinin “Avropanın öz ordusu qurulmalıdır” açıqlamasına od püskürmüşdü.
Twitter hesabından Makrona cavab verən Tramp, "ABŞ köməyə yetişmədən əvvəl faşist işğalı altında Almanca öyrənməyə çalışırdınız" deyə qəzəbini ortaya qoymuşdu.
İki lider arasında baş verən bu mübahisənin üzərindən yalnız 10 gün keçdikdən sonra, Fransanın paytaxtı Parisdə küçələr savaş meydanına dönüb.
Dizel yanacağının bahalaşmasını bəhanə edərək küçələri atəşə verən nümayişçilər, Makronun da istefasını tələb edirlər.

Müxalifət.az