Fransada polis zorakılığı: AYAĞINI ÖPDÜRDÜ!

Parisin şimalında yerləşən Le Bourgetdə bir bar sahibi, mütəmadi olaraq təzyiq tətbiq etməklə günahlandırdığı komissardan şikayətçi olub. Barda narkotik satıldığı şübhəsi ilə basqın edən komissar və polis dəstəsi, bar içərisindəki müştərilərin üstünü axtarıb. Bu zaman komissar və yanındakı bir polisin bar sahibi ilə eyvanda danışarkən komissarın ayağını öpdürməsi təhlükəsizlik kameralarında əks olunub. Görüntüdə ayağını öpdürdüyü görülən komissarın "Arxamdan təhqir etmisən" deyərək bar sahibinə ayağını öpdürdüyü görünür.
Hadisədən sonra bir çox səlahiyyətli orqana müraciət edərək şikayət etdiyini deyən bar sahibi, uzun zamandır təzyiq altında olduğunu və komissarın ayağını öpməkdən başqa çarəsinin olmadığını bildirib. Komissarı şikayət etməsinə baxmayaraq iddiasından vaz keçmədiyini deyən bar sahibi, "Bourgetde 10 il ərzində polisin təzyiqi altında çalışan və məkanını bağlamaq məcburiyyətində qalan kitab satıcısı kimi olmaq istəmirəm. Bura vəhşi Qərb deyil" deyə, söyləyib.
Müxalifət.az