Fransada “Yeni il” bazarına silahlı hücum

Baxış sayı:
3388

Fransanın Strasburq şəhərində Milad üçün qurulan bazarın yaxınlığında silahlı hücum təşkil olunub.
 
Hücumda ilk gələn məlumatlara görə, 2 adam həyatını itirib, 11 nəfər də yaralanıb.
Polis mənbələri yaylım atəşi şəklində olduğu ifadə edilən hücum nəticəsində 2 nəfərin həyatını itirdiyini, 11 nəfərin yaralandığını bildirib.
 
Xalqa “evdən çıxmayın” xəbərdarlığı edilib
 
Təcavüzkarın qaçdığı öyrənilib. Fransa Daxili İşlər Nazirliyi, "ciddi bir təhlükəsizlik hadisəsinin" yaşandığnı bildirərək, şəhər sakinlərindən evlərində qalmalarını istəyib.
Təhlükəsizlik qüvvələri şəhərin turistlər meydanı adlanan “Place Kleber”-də baş verən hadisədən sonra bölgəni təhlükəsizliklə bağlı mühasirəyə alıb, tramvayın hərəkəti dayandırılıb.
Fransanın “BFM TV” kanalına danışan bir hadisə şahidi, "Silah səsləri vardı və insanlar ətrafa yüyürməyə başladı" - deyib.
Hücumun terrorla əlaqəli olub olmadığı hələ bilinmir.
Qeyd edək ki, Strasburq şəhəri Avropa Parlamenti, Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsi kimi beynəlxalq qurumlara ev sahibliyi edir.
Müxalifət.az