Fransadan “Sarı Jiletlilərə” daha bir güzəşt

Fransada "Sarı Jiletlilər" adı altında təşkilatlanan nümayişçilər 17 noyabrdan bu yana hökumətin yanacağa əlavə vergi qoyulmasını etiraz etmək üçün küçələrə tökülmüş və ölkə yanğın yerinə dönmüşdü. 2 nəfərin həyatını itirdiyi, 222-si təhlükəsizlik işçisi olmaqla, 1043 nəfərin yaralandığı və 1424 adamın nəzarətə alındığı hadisələrdən sonra Fransız hökuməti geri addım atdı və baş nazir Eduard Filip, yanacağa gətirilən əlavə vergilərin altı ay müddət ilə təxirə salındığını bildirdi.
“Sarı Jiletlilərin” sözçülərindən Bencamin Cauçi isə baş nazirin açıqladığı tədbirlərin qənaətbəxş olmadığını bildirmiş və məmnun olmadıqlarını açıqlamışdı.
BU GÜN HÖKÜMƏTDƏN YENİ BİR GÜZƏŞT SİQNALI GƏLDİ
İngilis xəbər agentliyi “Reuters”-də yer alan xəbərə görə, Fransa hökumətinin sözçüsü Bencamin Griveaux, hökumətin varlıq vergisi tətbiq etməsini yenidən nəzərdən keçirəcəyini açıqlayıb.
Müxalifət.az