​Fransadan Türkiyəni hiddətləndirəcək etiraf: “BİZ TƏLİM VERİRİK”

Baxış sayı:
3883

PKK terrorçularını yetişdirklərini etiraf elədilər
Hurriyyet.org xəbər verir ki, ABŞ-ın lideri olduğu İŞİD-ə qarşı koalisuyanın məsul şəxsi, fransız general Frederik Parisot Suriyadakı əməliyyatlardan sonra əllərindəki torpaqları nəzarət altında saxlamaq üçün “Şimali Suriya Müdafiə Qüvvələrinə (SDQ adından istifadə edən YPG/PKK)” təlim verdiklərini söyləyib.
Fransız general Parisot, video konfrans vasitəsilə ABŞ Müdafiə Nazirliyi ilə əlaqə yaradaraq, Suriya və İraqda İŞİD-ə qarşı aparılan əməliyyatlarla bağlı çıxış edib.
Suriyada təxminən “bir neçə yüz” İŞİD üzvünün qaldığını və onların 30 kvadrat kilometrlik ərazini nəzarətlərində saxladığını söyləyən Parisot, bu sahəni qısa müddət ərzində İŞİD-in əlindən alacaqlarını bildirib.
Koalisiyanın əsəs hədəfinin alınan torpaqların İŞİD tərəfindən təkrar ələ keçirilməsinin əngəllənməsi olduğunu bildirib.

“Geri qayıtmamalarını təmin eləməliyik”
İŞİD-in əlindəki torpaqların alınmasının onların bölgədən təmizlənməsi demək olmadığını vurğulayan Parisot deyib: “İŞİD-in hərbi qüvvə olaraq bir daha geriya qayıtmamasını təmin eləməliyik. Bunun üçün bir tərəfdən İraq asayiş qüvvələrinə, digər tərəfdən də Şimali Suriya Müdafiə Qüvvəsinə (SDQ adından istifadə edən YPG/PKK terror təşkilatı – red.) təlim veririk”.