“Fətullah Gülən terrorçulara SƏS VERMƏK ÜÇÜN TƏLİMAT VERİB” – DOĞU PERİNÇEK
14-06-2018 09:12
Baxış sayı:
8035

Türkiyədə Vətən Partiyasının sədri Doğu Perinçek, 24 iyundakı seçkilərlə bağlı kəskin açıqlama verib.
Vətən Partiyasının sədri və prezidentliyə namizədi Doğu Perinçek, FOX TV-də jurnalistlərin suallarını cavablandırıb.
HƏBSDƏKİ FETÖ-çulara TƏLİMAT
Doğu Perinçek, "Dörd ayrı həbsxanadan gələn xəbəri açıqlayacağam. Fetullah Gülən həbsxanalara göstəriş verib. Həbsdəki məhbuslar PKK-nın siyasi qolu HDP-yə və Selahattin Demirtaşa səs verəcək. Həm də ailələrinin də HDP-yə səs verməsi təlimatını verib. Fetullah terror təşkilatı hazırda “HDP-yə səs verin” çağırışı edir. Biz bu məlumatın doğruluğunu dörd beş yerdən təsdiq etdirdik" deyib.
Müxalifət.az