Füzulidə DƏHŞƏT: 15 yaşlı uşağı güllələdilər - YENİLƏNDİ

Baxış sayı:
3382

Füzuli rayon Polis İdarəsindən publika.az-a verilən məlumata görə, əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Məmmədov Əli Tahir oğlu həbs edilib.

Əli Məmmədov həmin fermada çoban işləyib.

Faktla bağlı Füzuli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

***

Füzuli rayonunda qətl hadisəsi baş verib.

Rayonun Böyük Bəhmənli kəndində fermada çoban işləyən 19 yaşlı Əli Məmmədov 15 yaşlı Tumas Musayevə tüfəngdən atəş açaraq onu öldürüb.

Hadisənin səbəbi araşdırılır. (report)