Gecə klubunun sahibi canlı yayımda güllələndi - VİDEO
29-08-2018 16:53
Baxış sayı:
505

"Los Mero Mero" gecə klubunun sahibi "Facebook"da canlı yayım zamanı güllələnib.
Muxalifet.azoxu.az-a istinadən xəbər verir ki, qətl Puerto-Riko şəhərində baş verib.
Kadrlardan görünür ki, 44 yaşlı Omar Rolon Sanyuzt kameraya baxır və bu zaman silah səsi eşidilir.
Telefon onun əlindən düşüb və qadın qışqırığının səsləri eşidilib.
Omar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.