Gəncədə oğurluq hadisəsi baş verib
29-08-2018 09:37
Baxış sayı:
319

Gəncə şəhərində oğurluq hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, Gəncə şəhəri ərazisindəki evlərin birindən qızıl və məişət əşyaları oğurlanması barədə Kəpəz rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Xaliq Mikayılov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Məhsəti qəsəbəsi ərazisindəki evlərin birindən kombi aparatı oğurladığı da müəyyən edilib.