Gömrük məntəqələrində sənədləşmə MİNİMUMA ENDİRİLİR
13-06-2018 11:51
Baxış sayı:
6901

"Gömrük məntəqəsində yaranan sıxlığın aradan qaldırılması üçün sənədləşmənin minimuma endirilməsinə çalışırıq".
Muxalifət.az xəbər verir ki, bunu Azərbaycan Gömrük Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Sənan Muxtarov deyib.
O bildirib ki, sərhəd keçid məntəqələrində sıxlığın qarşısının alınması istiqamətində yeniliklər davam edir:
"Qanvericilik bütün istiqamətlərdə daha da təkmilləşdirilməlidir. Gömrük orqanlarında bu istiqamətdə müxtəlif yeni təkliflər hazırlanıb Gömrük orqanlarında ixrac sahəsində potensialı artırmaq məqsədilə sənədləşmə işləri daha da sadələşdirilib".