Goranboyda avtomobil 71 yaşlı kişini vurub
10-11-2018 22:25
Baxış sayı:
1378

Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az-ın Qərb bürosunun məlumatına görə, hadisə Xanqərvənd kəndində qeydə alınıb.
Yolu keçmək istəyən, 1947-ci il təvəllüdlü Tahir Həbibovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan şəxs sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.