Goranboyda maşınla vurulan piyada öldü
26-11-2018 14:19
Baxış sayı:
3001

Goranboy rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən xəbərə görə, noyabrın 24-də saat 8 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində rayon sakini Cümşüd Qurbanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Heydər Allahverdiyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Goranboy rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.