Göyçayda avtomobil ağaca çırpıldı - Ölən və yaralanan var

Baxış sayı:
3547

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Göyçay-Ucar avtomobil yolunun 2-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb.

"23-BL-046" dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı zərbənin təsirindən sürücü, rayonun Ləkçiplaq kənd sakini Rüstəmov Ruslan Ramiz oğlu və sərnişini Şamilov Elxan Füzuli oğlu ağır xəsarətlər alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.