Gərginlik yüksəlir! ABŞ-a məxsus təyyarə yola çıxdı

Ukrayna ilə Rusiya arasında yaşanan gərginlik davam edərkən, ABŞ Hava Qüvvələrinə məxsus Boeing RC-135v tipli kəşf təyyarəsinin Yunanıstanın Girit adasından hərəkət edərək Qara dəniz hava sahəsinə daxil olduğu və Krıma doğru hərəkət etdiyi qeyd olunub.
“Ukrainskiy militarnıy” portal saytının bildirdiyinə görə, ABŞ ordusuna aid kəşfiyyat təyyarəsi Qara dənizin hava sahəsinə gdaxil olub.
Boeing RC-135v tipli təyyarə Girit-dəki Suda bazasından hərəkət edərək, Bolqarıstan hava məkanından keçib və Krım sahillərinə doğru yönəlib.
Qeyd edək ki, dünən Rusya, işğal və ilhaq etdiyi Krım yarımadasında Ukrayna donanmasına məxsus üç gəmiyə atəş açaraq əl qoymuş, hadisədən sonra bağladığı Kerç boğazını bu səhər yenidən dəniz nəqliyyatına açmışdı.
Müxalifət.az