Gürcüstanda Zavodda partlayış olub, 5 nəfər xəsarət alıb
25-07-2018 17:46
Baxış sayı:
4009

Bu gün günorta saatlarında Gürcüstanın Kutaisi şəhərində yerləşən Çuqunəritmə zavodunda güclü partlayış olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ağır xəsarət alıb.
Gürcüstan Fövqəladə Halları Xidmətindən bildirilib ki, partlayış nəticəsində zavodun dəmir konstruksiyası dağılıb və yanğın baş verib. Hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb və alovun tam söndürülməsi davam etdirilir.
Gürcüstanın müvafiq strukturları hadisəsinin səbəblərini araşdırır, faktla bağlı cinayət işi başlanılıb.