Hicaba qarşı çıxan azərbaycanlı həbs edildi - Foto
26-08-2018 19:04
Baxış sayı:
4216

Azərbaycanlı tələbə fəal Röya Səğiri barəsində çıxarılan hökmün icrası ilə bağlı həbsxanaya çağırılıb.
Muxalifet.az xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində məlumat yayıb. Fəal paylaşmasında azadlığının məhdudlaşacağını bildirib.
“Hökmün icrası üçün çağırılmışam. Sabah gedəcəm, bu azacıq azadlığımı da zalimcasına məndən alacaqlar. Azadlığım daha da məhdudlaşacaq. Qoy onları tarix mühakimə etsin”, - fəal yazıb.
Qeyd edək ki, Röya Səğiri Təbrizdə rejimə qarşı keçirilən aksiyalar zamanı Təbrizdə saxlanılıb. Məcburi hicaba qarşı çıxan azərbaycanlı tələbə “sistemin əleyhinə təbliğat aparmaq” və “sistemin əsaslarını aşağılamaq”da ittiham edilərək 23 ay həbs cəzasına məhkum edilib.