​Hindistanda avtobus çaya düşdü: 9 ölü

Baxış sayı:
2911

Hindistanda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
Muxalifet.az xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus hündürlüyü 12 metr olan körpüdən çaya düşüb. 
Bildirilir ki, ölkənin şimalında baş verən qəzada 9 nəfər ölüb, 25 nəfər xəsarət alıb. 
Faktla bağlı araşdırma aparılır.