​Həmyerlisini butulka ilə öldürən şəxsə hökm oxundu

Baxış sayı:
4462

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində butulka ilə həmyerlisini öldürməkdə təqsirli bilinən Emin Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
Hökmə əsasən, E.Ramazanov 11 il müddətinə azadlıqdan məhrum edilib. 
Qeyd edək ki, bu il fevralın 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Tariyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və izahatında yıxılma nəticəsində xəsarət aldığını bildirib. Martın 21-də T.Həmzəyev xəstəxanada ölüb. Hadisəni törədən E.Ramazanov həbs edilib.