“Həyat mənə bacı dağı çəkib, ata ağrısını yaşaya bilmərəm” - Azərbaycanlı aktrisa çətin günlər yaşayır - FOTO
23-08-2018 11:04
Baxış sayı:
2152

Musiqili Teatrın aparıcı aktrisası Gülçöhrə Abdullayeva çətin günlər yaşayır. Belə ki, aktrisanın atası bir neçə gündür ki, ağır şəraitdə reanimasiyaya yerləşdirilib.
Muxalifet.az bildirir ki, milli.az-a açıqlama verən aktrisa atasının səhhətindən danışıb:
"Atam bir neçə gündür ki, reanimasiyadadır. O? bu dəfə iki tərəfli insult keçirib. Bundan başqa böyrək çatışmazlığı da var. Allahımdan bir arzum var ki, onu mənə qaytarsın. Çünki həyat artıq mənə bacı dağı çəkib, ata ağrısını yaşaya bilmərəm. Atamın səhhəti ilə maraqlanan bütün dostlarıma təşəkkürümü bildirirəm", - deyə aktrisa bildirib.