İcra başçısına mədhiyyə şeiri – FOTO
8-05-2020 16:02
Baxış sayı:
2604

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İvtixar Piriyevhazırda həbsdə olan İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevə şeir həsr edibmiş.
Muxalifet.az olke.az-a istinadən xəbər verir ki, Piriyev şeirdə V.Hacıyevin Samux və Göygöl rayonlarındakı fəaliyyətinə toxunub və onun hər iki rayonu zövqlə qurduğunu nəzmə çəkib. Növbəti bəndlərdə isə icra başçısının İmişlidə abadlıq-quruculuq işləri gördüyünə eyham edilir. Sözügedən şeirin bir neçə bəndini diqqətinizə çatdırırıq.
Qeyd edək ki, İvtixar Piriyev ötən gün siyahısı açıqlanan Prezident mükafatçılarından biridir.
Xatırladaq ki, V.Hacıyev DTX-nın 5 may tarixində keçirdiyi əməliyyat nəticəsində həbs edilib.